waplog

Azərbaycan və bütün MDB-də ilk dəfə - “Titan” robotu


Gələn ayın əvvəllərində  Bakıda Xəzər və Qafqaz regionlarının ən böyük sərgisi - “BakuTel 2013” “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi öz işinə başlayacaq. Sərgi keçirildiyi illər ərzində yüksək texnologiyalar sahəsində əldə olunan nailiyyətlərin nümayişi üçün mühüm meydançaya çevrilib.
 
 
Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə əlaqədar olaraq, “BakuTel” sərgisinin təşkilatçıları ənənəvi və zəngin proqramla yanaşı, bu mühüm tədbiri layiqincə qeyd etmək üçün parlaq sürprizlər də hazırlayıblar. Bu sürprizlərdən biri də “BakuTel” sərgisində “Titan” robotunun iştirakı olacaq.
 
 “Titan” robotu Tokiodan tutmuş, Vankuverə qədər bütün dünya ölkələrində olub. Bu robot Əbu-Dabidə “Qran-pri Formula 1” yarışında (“ABU DHABI F1 GRAND PRIX”) qonaq olub və iri şirkətlərin, eləcə də məşhur brend və markaların təqdimatlarında göstərilib. “Titan” robotu dünya miqyaslı superulduz Rihannanın konsert turnesini də uğurla müşayiət edib.
 
“Titan” həmçinin 2011-ci ildə çox məşhur “Canlı polad” (“Real Steel”) döyüş filminin epizodik obrazı olaraq, Hyu Cekman (Hugh Jackman) və rejissor Şavn Levi (Shawn Levy) ilə birlikdə bu filmin premyeralarında iştirak edib.
2.5 metr hündürlüyü olan “Titan” robotunun ABŞ-dan hava nəqliyyatı ilə daşınması “Hummer” markalı bir neçə hərbi avtomobilin daşınması ilə eyni qiymətə başa gəlir. “Titan” ilə ilk görüş öz görkəm və dinamikası ilə auditoriyada təəssürat fırtınasına səbəb olur.
 
Eyni zamanda həm hərəkət edən, həm də insanlarla dialoq quran bu nəhəng robot onu görənləri şoka salsa da, bir neçə dəqiqədən sonra hamı onu sevməyə başlayır və insanlar ona yaxınlaşaraq toxunmaq istəyirlər: “Beləliklə, “Titan” robotu 2, 3 və 4 dekabr tarixində Bakı Ekspo Mərkəzinin üçüncü pavilyonunda sərgi iştirakçıları və ziyarətçilərinin yolunu gözləyəcək.
 
 Şounun cədvəli ilə burada tanış ola bilərsiniz. “Titan” robotu ilə görüş zamanı sizə lazım olan sadəcə təbəssüm və fotoaparat, yaxud videokamera, habelə sosial şəbəkələrə giriş imkanıdır, çünki “Titan” postu sosial şəbəkələrdəki profilinizdə əsl buma səbəb olacaq”.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL