waplog

Səkkiznüvəli mobil prosessorlu mobil telefonlar istehsal olunacaq


“MediaTek” şirkəti 28 nanometr texnoloji proses üzrə hazırlanmış səkkiznüvəli “MT6592” mobil prosessorunu təqdim edib. İddialara əsasən, yeni çip tarazlaşdırılmış enerji sərfiyyatı zamanı yüksək məhsuldarlıq göstərir.


“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, prosessor 4K formatında video fayllarını dəstəkləyir. “MT6592” çipləri “Full HD” ekranlarını, 16 Mp təsvir ölçülü kameraları, həmçinin ikidiapazonlu “Wi-Fi 801.11n”, “Miracast”, “Bluetooth” və “GPS” modullarını dəstəkləyir.
İstehsalçı ilin sonunadək yeni çiplə təchiz edilmiş mobil qurğuların çıxarılmasına söz verib.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL