waplog

Nyu-Yorkda “Apple” brendli qurğuların oğurlanması ən geniş yayılmış cinayətdir


Nyu-York şəhərində “Apple” brendli qurğuların oğurlanması ən geniş yayılmış cinayətlər siyahısındadır. Bu barədə şəhər polis idarəsindən məlumat verilib. İdarə nümayəndələrinin sözlərinə görə, ötən il şəhərdə törədilən cinayətlərin 14 faizi bu qurğuların oğurlanması ilə əlaqədar olub.   

2012-ci ildə Nyu-Yorkda ümumilikdə 16 min “iPhone” smartfonu və digər “Apple” qurğuları oğurlanıb. Polislərin sözlərinə görə, şəhərdə “Apple” qurğularının oğurlanması ilə məşğul olan çoxlu cinayətkar qruplaşmalar fəaliyyət göstərir. Buna səbəb oğurlanmış “iPhone” modellərini asanlıqla sataraq böyük məbləğdə pul əldə etməyin mümkün olmasıdır.   

Polis və yerli siyasi xadimlər lombardları aldıqları bütün telefonları hüquq-mühafizə orqanları əməkdaşlarının istifadə edə biləcəyi xüsusi elektron bazaya daxil etməyi təklif edirlər. Həmçinin “Apple” və digər smartfon istehsalçılarının oğurlanmış qurğuları bağlamağa məcbur etmək imkanları müzakirə olunur. 

Mobil telefon oğurluğunun küçə cinayətlərinin yarısını təşkil etdiyi San-Fransiskoda bu problemlə mübarizə üçün başqa üsul hazırlanıb. Belə ki, mülki geyimli polislər şəhər sakinlərinə yaxınlaşaraq “iPhone” almağı təklif etməklə onlara bunun oğurluq məhsul olması barədə xəbərdarlıq edirlər. Bundan sonra həmin şəxs telefonu almaq istədiyi zaman dərhal həbs olunur. Polislər ümid edirlər ki, bu üsulla insanlar mağazalardan kənarda telefon almaqdan ehtiyat edəcək və bunun sayəsində cinayətkarlar onları satmaq imkanından məhrum olacaq, - “Vesti www.vesti.ru” yazır.   

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL