waplog

Cəbhə bölgələrində NGN texnologiyası əsasında rabitə sistemi qurulur



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom”İB-nin dəstəyi ilə Ağdam rayonunun işğaldan azad olan ərazilərində NGN texnologiyalı Elektron ATS-lər qurulur. Bu, torpaqlarımızın işğaldan azad olunmasından sonrakı Qarabağ rabitəsinin inkişafının tərkib hissəsidir.

Ağdam Telekommunikasiya Qovşağının rəisi Hümbət Mustafayevin verdiyi məlumata görə, bu istiqamətdə həyata keçirilən layihənin tərkib hissəsi olaraq  rayonun Baharlı 1, Baharlı 2, Qasımbəyli, İmanqulubəyli və  Mürsəlli qəsəbələrinin qurulacaq  hər birində 128 nömrə tutumlu stansiyalar  İP TV, İP telefon, “Triply play” və s. multimedia xidmətlərinin  göstərilməsini təmin edəcək. Bu qəsəbələrin birləşdirici xətləri optik kabellərlə təmin olunacaq.  

Qovşaq rəisi  bildirib ki, adıçəkilən qəsəbə və kəndlər birbaşa  cəbhə bölgəsinə yaxındır və  Ağdam Telekommunikasiya Qovşağının daxili imkanları hesabına optik kabellərin çəkilişi təmin olunacaq.
  “Ağdam TKQ rayonun işğaldan azad olunmasından  sonrakı inkişaf planına uyğun olaraq ən qısa vaxt ərzində rayon şəbəkəsini yeni texnologiya əsasında qurmağa hazırdır”.

RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL