waplog

2014-cü ildə planşetlər bazarında rəqabət artacaq



2014-cü ildə “ASUSTeK Computer” (bazarda daha çox Asus adı ilə tanınır) və “Lenovo” şirkətləri planşet kompüterlər bazarında ikinci yeri tutan Cənubi Koreyanın “Samsung” istehsalçısından geriliyi azaltmağa çalışacaq.

Gözlənildiyinə görə, 2013-cü ildə “Samsung” planşetlərinin tədarük həcmi 35 milyon ədədi ötəcək. “Digitimes” şirkətinin proqnozuna əsasən, “ASUSTeK”-in nəticəsi 12 milyon planşet təşkil edəcək. Bazar mütəxəssislərinin fikrincə, “Samsung”un aqressiv strategiyası 2014-cü ildə planşetlərin tədarük həcminin 100 milyon ədədədək artırılmasını nəzərdə tutur. Odur ki, “ASUSTeK”-in Cənubi Koreya şirkətindən geri qalmasında fərqin artacağı gözlənilir. Bundan başqa, “ASUSTeK”-i üçüncü yerdə uğrunda sürətlə inkişaf edən Çinin “Lenovo” şirkəti ilə gərgin mübarizə gözləyir.
 
Şirkətin icraçı direktoru Cerri Şen 2014-cü il üçün nəzərdə tutulan işlər haqqında danışarkən şirkətin planşetlər bazarında əsas məqsədi kimi üçüncü yeri qoruyub saxlamaq, “Samsung”dan geriləməni azaltmaq və “Lenovo” ilə fərqi artırmaq olduğunu vurğulayıb.

Bazar mütəxəssislərinin bildirdiyinə görə, “ASUSTeK”-in planşet tədarükünün böyük həcmi “Google Nexus 7” planşet kompüterlərinin payına düşür. Gələn il şirkət ümumi tədarük həcmində modellərin sayını 70 faizədək artırmaq niyyətindədir (Nexus olmadan). Bununla yanaşı, ekspertlər “Samsung” ilə aparılan rəqabət nəticəsində Tayvan şirkətinin satış həcminin 30 faizədək azala biləcəyi barədə xəbərdarlıq edirlər.

“Lenovo”ya gəldikdə, bu şirkətin satışda qazandığı uğurlar əsasən daxili bazarda tələbatın olması sayəsində əldə olunub. Lakin planşet bazarı oyunçularının əksəriyyətinin, o cümlədən “white-box” modeli üzrə çalışanlar məhsullarına diqqəti cəlb etmək üçün ucuz qiymətə qurğular təklif edirlər. Ekspertlər “Lenovo”nun bu seqmentdə iştirak tempinin zəifləyəcəyini düşünürlər, - "3DNews www.3dnews.ru” yazır.   
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL