waplog

Çinin elektron ticarət portalı “Bakutel 2013”-dən yazıb



Çinin ən məşhur  elektron ticarət portallarından biri olan “www.newmaker.com” “Bakutel 2013” Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisindən yazıb.

“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, portal məlumat verir ki, Xəzər  və Qafqaz regionunda  İKT sahəsində ən böyük tədbir olan “Bakutel” biznesin təşviqi üçün əsas imkandır. “Bakutel”  əməkdaşlıq və tərəfdaşlıq üçün əvəzolunmaz biznes mühitini təmin edərək şirkətlərə son məhsul, xidmət və texnologiyalarının nümayişi üçün  xüsusi imkanlar təklif edir.

Həmçinin məlumatda xatırlanır ki, sərgi 18 il ərzində İKT bazarı üçün müntəzəm görüş yerinə çevrilib.
Bir sözlə, “Bakutel” şirkətlərə  yeni avadanlıq və texnologiyaları bazara çıxarmağa, eləcə də  yeni işgüzar  və biznes əlaqələrinin yaradılmasına imkan verir.

CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL