waplog

“Microsoft” bütün qurğular üçün bir “Windows” əməliyyat sistemi hazırlamağı planlaşdırır



 
Hazırda “Microsoft” korporasiyası istehlak əməliyyat sistemlərinin üç versiyasına malikdir: “X86” prosessorları əsasında işləyən kompüter, noutbuk və planşetlər üçün “Windows 8.1”; “ARM” prosessorları əsasında işləyən planşetlər üçün “Windows RT”; smartfonlar üçün “Windows Phone”. Lakin gələcəkdə şirkət öz məhsullarında bir əməliyyat sistemindən istifadə etmək istəyir.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Microsoft”un aparat həllərinin buraxılışı üzrə bölməsinin direktoru Culiya Larson-Qri “UBS Global Technology Conference” konfransında çıxışı zamanı deyib ki, şirkət əsas əməliyyat sistemlərinin birləşdirilməsi üzərində aktiv işləyir. O deyib:

"Biz “Windows Phone”, “Windows RT” və “Windows” əməliyyat sistemlərinə malikik. Biz gələcəkdə bir əməliyyat sisteminə malik olmağı planlaşdırırıq".

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL