waplog

“HTC” şirkəti qızılı korpusda smartfon təqdim edib


Tayvanın mobil elektronika istehsalçısı “HTC” şirkəti “HTC One” smartfonunun qızıl rəngli korpusla təchiz edilmiş versiyasını istehsal edəcək. Bu haqda “HTC” nümayəndələrinə istinad edən “Engadget” bloqu yazıb.


“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, smartfon bu yaxınlarda Avropada satışa çıxarılacaq. O, xarakteristikalarına görə başqa “HTC One” smartfonlarından fərqlənməyəcək: alüminium korpus, dördnüvəli prosessor, 4,7 düymlük ekran və ultrapikselli kamera ilə təchiz ediləcək.
“HTC One” smartfonu, həmçinin gümüşü, qırmızı, göy və qara rəngli korpuslarda əlçatandır.

2013-cü ilin sentyabrında “Apple” şirkəti qızılı rəngli korpusda “iPhone 5S” smartfonunu təqdim edib. Bundan sonra “Samsung” da daxil olmaqla, başqa istehsalçılar qızılı rəngli aparatları öz istehsal xətlərinə əlavə ediblər.

“iPhone” daxil olmaqla, "qızıl" aparatlarının əksəriyyəti plastik və ya alüminiumdan işlənib hazırlanıb. “HTC” şirkəti oktyabrın əvvəlində xalis qızılla bəzədilmiş korpusda “HTC One” aparatını təqdim edib. Qurğunu qiyməti  2750 funt təşkil edib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL