waplog

“Microsoft” təsisçisi ABŞ-ın ən bahalı yerində ev alıb


“Microsoft” korporasiyasının təsisçilərindən biri Pol Allen ABŞ-da yaşayış evlərinin ən bahalı olduğu Kaliforniya ştatının Aterton şəhərində 27 milyon dollara ev alıb.

Ümumi ərazisi 2040 kvadratmetrdən çox olan evdə 6 yataq otağı, 6 hamam, 7 buxar sobası, kinozal və idman mərkəzi var. 80 hektarlıq ətraf ərazidə qonaqlar üçün ev (2 yataq otağı, 2 hamam və mətbəx) və 5 avtomobil üçün qaraj inşa olunub.

“Microsoft” təsisçisinin aldığı ev satışa sentyabrda 31,8 milyon dollara çıxarılıb, lakin P.Allen qiyməti bir qədər aşağı salmağa nail olub.

2013-cü ildə Aterton şəhəri “Forbes” jurnalı tərəfindən tərtib olunan ABŞ-ın ən bahalı evlər reytinqində birinci olub. Burada evlərin orta qiyməti 6,665 milyon dollar təşkil edir. İkinci yerdə Los-Altos-Hills (5,405 milyon dollar), üçüncüdə Nyu-York (4,861 milyon dollar) qərarlaşıb.

Var-dövləti 15,8 milyard dollar dəyərində qiymətləndirilən P.Allen ABŞ-da və dünyanın bir çox ölkələrində (Fransa, Böyük Britaniya və s.) çoxlu daşınmaz əmlak sahibidir, - “Lenta www.lenta.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL