waplog

“Bakutel-2013” sərgisində ziyarətçilərə böyük fürsətlər


Gələn ayın 2-5 tarixlərində Azərbaycanda keçiriləcək “Bakutel-2013” Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində Azərbaycanda dövlət və özəl İKT sektorları arasında tərəfdaşlıq üzrə mütəxəssis mərkəzinin yaradılması ilə bağlı tədbir keçiriləcək.
 
 Bununla belə, “Bakutel-2013”-də müxtəlif seminar və konfransların keçirilməsi nəzərdə tutulub. Eyni zamanda İKT sahəsinin beynəlxalq strukturları ilə bir sıra memorandumların və müqavilələrin imzalanması nəzərdə tutulub.
 
Bakı Ekspo Mərkəzində baş tutacaq sərgi-konfransına ziyarətçilərin marağını artırmaq və onlara müxtəlif hədiyyələrin verilməsi ilə bağlı tədbirlər görüləcək.  “Bakutel.az” bildirir ki, sərgidə ziyarətçi və iştirakçılar üçün xüsusi proqram nəzərdə tutulub: “Hər yerdə bayram əhval-ruhiyyəsi hiss olunacaq.
 
Bakı Ekspo Mərkəzinin ziyarətçiləri və sərgi iştirakçıları üçün çoxlu sürpriz, müsabiqə və viktorinalar hazırlanıb. Burada hər kəs lazer şousunun iştirakçısı ola biləcək. Zalların birində ən yeni texnoloji vasitələrdən istifadə etməklə xüsusi oyun zonası quraşdırılacaq. Ziyarətçiləri isə xüsusi olaraq sərgi qonaqlarını salamlamaq üçün “Bakutel” sərgisinə gəlmiş dünyaca məşhur “Titan” robotu qarşılayacaq. Üstəlik, ziyarətçilərə imkan yaradılacaq ki, onlar “Titan” robotu ilə şəkillər çəkdirə bilsinlər”.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL