waplog

Palçıq vulkanları ilə bağlı aerotədqiqat işləri aparılıb


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu ölkə ərazisində palçıq vulkanlarının helikopterlə tədqiqini həyata keçirib. Aerotədqiqat işləri Abşeron, Şamaxı-Qobustan və Aşağı Kür neftli-qazlı rayonlarında yerləşən aktiv vulkanları, eləcə də Bakı arxipelaqındakı ada vulkanları üzərində aparılıb.
 
Azərbaycan  Milli  Elmlər Akademiyası Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu işlər “Dünya palçıq vulkanları” atlasının çapa hazırlanması ilə əlaqədar təşkil edilib.
 
Tədqiqat zamanı palçıq vulkanlarının fəaliyyətinə dair yeni məlumatlar da alınıb. İnstitutun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev qeyd edir ki, vulkanların aerofotoşəkilləri ilk dəfə Azərbaycan palçıq vulkanları atlasının tərtib olunması və onun 1971-ci ildə nəşri ilə əlaqədar əldə edilib.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL