waplog

“Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər” mövzusunda konfrans öz işinə başlayıb


Bu gün "Fourseasons" otelində "Bakutel-2013" 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində "Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər (Global Cyber Security Cooperation: Challenges and Visions)" mövzusunda konfrans keçirilir.
 
 
Tədbir informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Dünya Bankı (DB) , Dünya İqtisadi Forumu (DİF) və "İNTERPOL"un dəstəyi, "HP" şirkətinin sponsorluğu ilə  Azərbaycan Hökuməti tərəfindən təşkil edilir. Konfrans kibertəhlükəsizlik mövzusunun bütün aspektləri üzrə müzakirələrə yönəlib. Tədbir, həmçinin internet məkanında əhəmiyyətli informasiyaların qorunması və bu sahədə qabaqcıl təcrübənin mübadiləsini təmin və təşviq etmək məqsədi daşıyır. Konfrans eyni zamanda gələcək əməkdaşlığın perspektivlərini araşdırmaq üçün hökumət, biznes, qeyri-hökumət təşkilatlarının yüksəksəviyyəli nümayəndə və aparıcı mütəxəssislərini bir araya gətirir.
 
Konfransın proqramına Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture, Avropa Parlamentinin üzvü Kristina Ojuland, Monteneqro Hökumətinin İqtisadi siyasət və Maliyyə üzrə baş nazirinin müavini (həmçinin İnformasiya ictimaiyyəti naziri) Vujica Lazoviç, Əfqanıstan İslam Respublikasının rabitə və  informasiya texnologiyaları naziri cənab Əmirzayi Sangin, Burundi Respublikasının Parlament əlaqələri, telekommunikasiya və İKT naziri Nihazi Leocadie, İraqın rabitə  naziri Torhan M.Əl-Müfti və digər nüfuzlu şəxslərin çıxışları daxildir.
 
 
Qeyd edək ki, konfransla bağlı daha ətraflı məlumatlar "http://www.bakucyber.az/" saytında yerləşdirilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL