waplog

“Amazon” sifarişləri pilotsuz təyyarələrin köməyi ilə tədarük edəcək


“Amazon” şirkəti müştərilərinə sifarişi pilotsuz təyyarələrdə çatdırmaq niyyətindədir.  “ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, bu haqda onlayn xidmətin direktoru Cef Bezos “60 Minutes” proqramında deyib.

Onun sözlərinə görə, “Prime Air” layihəsi çərçivəsində bağlamalar alıcı məhsulu “Amazon” saytından sifariş edəndən 30 dəqiqə sonra çatdırılacaq.

Bezos dəqiqləşdirib ki, “Prime Air” layihəsinin işə salınmasında  təhlükəsizlik yoxlanması üçün əlavə sınaqlara ehtiyac var və ABŞ Federal Mülki Aviasiya İdarəsindən icazə almaq lazımdır. İş adamı hesab edir ki, bu layihə 4-5 il ərzində həyata keçiriləcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL