waplog

“Vertu” şirkətinin yaradıcısı bahalı smart saatlar hazırlayır


"Vertu" bahalı smartfon brendinin əsasını qoymuş, "Nokia" şirkətinin keçmiş dizayneri Frenk Nuovo "MetaWatch" şirkəti ilə birgə smart saatın hazırlanması ilə məşğul olacaq. Qurğunun 2014-cü ilin birinci rübündə bazara çıxarılacağı gözlənilir.

"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "MetaWatch" şirkətinin əvvəlki saatı ilə müqayisədə yenilik təkmilləşdirilmiş ekranla təchiz ediləcək. Hələ ki başqa informasiya yoxdur. "Mənim üçün vacib olan gözəl qurğu yaratmaqdır" – şirkətin direktoru Bil Qeyzer deyib. O şikayətlənib ki, hazırda bazara çıxarılan smart qurğuların gözəlliyi haqqında düşünülmür və bu problemi aradan qaldırmağa söz verib.

Xatırladaq ki, məhz Frenk Nuovo "Nokia"nın çiçəklənməsinə öz töhfəsini verib. Məhz o, 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində sonralar tarixə çevrilmiş telefon görünüşlərini hazırlayıb.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL