waplog

“Mirasol” ekranlı ilk qol saatı çıxarılıb


Dünyanın ən böyük internet mağazası “Amazon” şirkəti “Mirasol” ekranı ilə təchiz edilmiş “Qualcomm Toq” smart saatının satışlarına başlayıb.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, aparatın qiyməti 350 dollardır.
Başqa istehsalçıların smart saatları kimi “Qualcomm Toq” smartfon və ya planşetə “Bluetooth” modulu ilə qoşulur və ekranda qurğudan xəbərdarlıq, həmçinin mətn mesajları və elektron məktubları göstərir.
Saatın xüsusiyyəti “Mirasol” ekranı ilə təchiz edilməsidir. Bu texnologiya ilə işləyən ekranlar təsviri “electron kağız” kimi əks olunan işıqda formalaşdırır, lakin ondan fərqli olaraq, rəngli təsvir əks etdirir.
“Mirasol” ekranları maye kristal ekranlarla müqayisədə daha az enerji sərf edir.

“Samsung Galaxy Gear” smart saatlarından fərqli olaraq “Qualcomm Toq”-un ekranı daima qoşuludur. Bu halda qurğunun şarjı dörd-beş günlük istifadə üçün kifayət edir.

“Qualcomm Toq” smart saatında ekranın diaqonalı 1,55 düym təşkil edir. Saatlar 200 MHs-lik prosessorla təchiz edilib və çəkisi 90 qramdır. Qurğunun tədarük dəstinə “WiPower” simsiz adapteri daxildir.

“Mirasol” ekranları “Qualcomm” şirkəti tərəfindən hazırlanıb. Onlar 2011-ci ildə təqdim edilib və electron kitab qurğularında istifadə üçün nəzərdə tutulurdular. Lakin onlar kütləviləşmədi  və 2012-ci ildə “Qualcomm” onların istehsal həcmini azaldıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL