waplog

Bu ay “Dərslik portalı”nın təqdimatı keçiriləcək


Cari ilin dekabrın 16-da “Dərslik portalı”nın təqdimatı keçiriləcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, TQDK və Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı” artıq istifadəyə tam hazırdır.

Qeyd edək ki, elektron portalda TQDK tərəfindən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylər müəllimlərə dərsliklərlə işləməkdə metodiki köməklik göstərmək üçün nəzərdə tutulmuş materiallar və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərs vəsaitlərinə dair qeyd və təkliflər yerləşdiriləcək.

Bununla belə, saytda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəllifləri, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər mütəmadi olaraq aydınlıq gətirəcəklər.

Məlumat üçün onu da qeyd edək ki, yeni nəşr ediləcək dərsliklərlə bağlı portala daxil olacaq qeydlər və təkliflər mütəmadi olaraq müzakirəyə çıxarılacaq və bu barədə portalda məlumat veriləcək.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL