waplog

İnformasiya texnologiyaları sahəsində ixtisas seçimi ilə bağlı seminar keçiriləcək



Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin İnformasiya Texnologiyaları Klubunun (İTK) təşkilatçılığı ilə "Texnologiya Azərbaycan" qrupu İTK klub üzvləri üçün seminar təşkil edir.
 
14.12.2013 tarixində, saat: 11:00-da BDU-da (Yeni tədris binası akt zalı -1-ci mərtəbə) təşkil ediləcək seminarda sistem və şəbəkə inzibatçılığı üzrə ixtisaslaşmaq üçün atılacaq addımlar, beynəlxalq sertifikatlar, "Microsoft" və "Cisco" şirkətləri haqqında məlumat veriləcək.
 
Məruzəçilər Fərhad Kərimov (MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT ) və Rizvan Bayramov (CCENT, CCNA, CCNASEC, CCNP) olacaq. Seminarda iştirak etmək istəyənlər www.bduitklub.wordpress.com ünvanından qeydiyyat formasını dolduraraq kluba üzv ola bilər.
 
Qeyd edək ki, Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkibində "İnformasiya Texnologiyaları" klubu İKT sahəsində tədbirlərin daha sistematik formada, daha geniş çərçivədə həyata keçirilməsi üçün təsis edilib.
 
16.11.2013 tarixindən fəaliyyətə başlayan klubun məqsədi tələbələr arasında informasiya texnologiyaları ilə bağlı maarifləndirici tədbirlər təşkil etmək, tələbələrin ixtisas seçimində və istiqamətləndirilməsində onlara dəstək olmaqdır. İT klubun məqsədlərindən biri informasiya sahəsində ixtisaslaşmış kadrları  universitetə dəvət etməklə onların təcrübələrini tələbələrlə bölüşməsi və seminarların təşkili ilə bağlı lazımı işlərin reallaşdırılmasıdır. "Texnologiya Azərbaycan" qrupu isə fəaliyyətinə 2012-ci ilin avqust ayından başlayıb və qrup üzvləri İKT ilə bağlı xəbərlər, məqalə və video-dərslərin paylaşıldığı "TechNet.Az" saytını, eləcə də forumunu formalaşdırıblar. Sistem inzibatçılığı (Server Administration)və şəbəkə inzibatçılığı (Network Administration) sahələri üzrə ixtisaslaşan qrup tərəfindən bu günə qədər 5 ödənişsiz seminar verilib.
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL