waplog

“Azerfon” şirkəti 2014-cü ilin birinci rübündə iki mühüm layihə reallaşdıracaq


Şirkətin baş icraçı direktoru Kent Maknilinin verdiyi məlumata əsasən, gələn ilin birinci rübündə Mobil Nömrələrin Daşınması və “4G” şəbəkəsinin istifadəyə verilməsi istiqamətində işlər başa çatdırılacaq.

“Mobil nömrələrin daşınması sisteminin(MNP) istifadəyə verilməsi üçün biz bir neçə nazirliyin bizim qarşımızda qoyduğu tələblərə cavab verməliyik və buna tam hazır olduğumuz zaman gələn ilin birinci rübü ərzində bu sistem  üzərindən xidmətlərin göstərilməsinə başlayacağıq. MNP-nin tətbiqi ilə biz dünyada istifadə edilən təcrübəni əsas götürərək korporativ seqment üçün tarif dəyişiklikləri nəzərdə tutmuşuq. Eyni  zamanda, gələn ilin əvvəlində “4G” texnologiyası üzərindən xidmətlərin göstərilməsinə də başlamaq niyyətindəyik”,- deyə o bildirib.

K. Maknili onu da bildirib ki, şirkət tərəfindən “Mobile Banking” əlavələrinin tətbiqi və istifadəyə verilməsi istiqamətində də işlər aparılır və gələn il ərzində bu xidmətlərin göstərilməsi gözlənilir. 

“Ümumilikdə biz mütəmadi olaraq şəbəkəmizin təkmilləşdirilməsi istiqamətində işlər aparırıq və bunun nəticəsində Bakı şəhəri üzrə ən keyfiyyətli data xidmətlərinin məhz “Nar Mobile” şəbəkəsində  göstərilməsinə nail olmuşuq, regionlarda bu nailiyyətləri əldə etmək istiqamətində işlər aparırıq”,- deyə o qeyd edib.

Aynur Vəliyeva


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL