waplog

Daha iki top-menecer "BlackBerry” şirkətini tərk edir



“Reuters” informasiya agentliyinin məlumatına görə, Kanadanın "BlackBerry” şirkətinin daha iki top-meneceri davam edən strukturun yenidən qurulması ilə əlaqədar vəzifəsini tərk edib. 

Ötən həftənin sonunda mətbuat katibi Tenill Kennedi tərəfindən agentliyə ünvanlanan elektron məktubda deyilir ki, “BlackBerry” platformasının baş vitse-prezidenti Alan Brenner keçid dövründən sonra şirkəti tərk edəcək, “BlackBerry Messenger” messencerinin hazırlanması üzrə baş vitse-prezidenti Alister Mitçel artıq şirkətdən uzaqlaşıb. 

Rəhbərlikdə dəyişikliklərin edilməsi ilə müşayiət olunan Kanada istehsalçısının strukturunun yenidən qurulması şirkətin itkilərlə üzləşməsi ilə əlaqədar aparılır. İnkişaf strategiyasında buraxılan səhvlərə görə “BlackBerry” qurğularının populyarlığı xeyli azalıb ki, bu da şirkətin bazar dəyərinə öz təsirini göstərib.
Ötən həftə şirkət nümayəndələri bəyan ediblər ki, gələcək üçün proqnozların dərc edilməsi dayandırılacaq. Hazırda şirkət rəhbərliyi yeni tərəfdaşların cəlb edilməsi, yeni birgə müəssisələrin yaradılması və proqram təminatının lisenziyalaşdırılması məsələləri daxil olmaqla inkişaf strategiyasını yenidən nəzərdən keçirir, - "3DNews www.3dnews.ru” yazır. Daha iki top-menecer "BlackBerry” şirkətini tərk edir
“Reuters” informasiya agentliyinin məlumatına görə, Kanadanın "BlackBerry” şirkətinin daha iki top-meneceri davam edən strukturun yenidən qurulması ilə əlaqədar vəzifəsini tərk edib. 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL