waplog

Dünyanın ən ucuz planşetinin satışlarına başlanılıb


Böyük Britaniyanın ucuz planşet istehsalçısı "Datawind" şirkəti  Böyük Britaniyada "UbiSlate 7Ci" planşet kompüterinin satışlarına başlayıb. İstehsalçının iddiasına görə, bu, dünyanın ən ucuz planşetidir. Onun qiyməti 29,99 funt-sterlinqdir.

"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, qurğu 800x480 piksel təsvir ölçülü 7 düymlük ekran, "Cortex-A8" nüvəli prosessor, 1 QHs takt tezlikli prosessor, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaş (microSD yaddaş kartlarından istifadə mümkündür), "Wi-Fi", Mini-USB ilə təchiz edilib və qulaqlıqların qoşulması üçün standart konnektor dəstəyi var.

"UbiSlate 7Ci"  planşeti "Android 4.0.3 Ice Cream Sandwich" əməliyyat sistemi ilə işləyir. Qurğudan, həmçinin səs çağırışları üçün istifadə etmək olar.

O, Hindistan hökumətinin sifarişi üzrə hazırlanıb və ilk növbədə  Hindistan ali məktəblərinin tələbələri üçün nəzərdə tutulub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL