waplog

Nəzarətçilərin elektron qeydiyyatı sisteminə 14 mindən artıq nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminin formalaşdırılması işi başa çatıb. 

Komissiyadan verilən məlumata görə, sistemə respublikanın 2095 orta təhsil müəssisələrindən olan 14669 nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib.   Onlardan 1990 nəfəri test imtahanlarına ilk dəfə nəzarətçi qismində cəlb olunacaq  müəllimlərdir. 

Qeyd edək ki, sistemdə zal nəzarətçilərinin qeydiyyatının müvafiq təhsil müəssisəsinin özü tərəfindən internet vasitəsilə aparılması nəzərdə tutulur. Bu sistem vasitəsilə ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici məktəb üzrə zal nəzarətçiləri bazasına istifadəçi adı və şifri ilə daxil olaraq mövcud nəzarətçilər bazasında nəzarətçi-müəllimin şəxsi və digər zəruri məlumatlarını dəqiqləşdirir və yeni nəzarətçilərin qeydiyyatını aparır. 

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL