waplog

“Microsoft” 2014-cü ildə yeni baş direktorun adını açıqlayacaq


“The Wall Street Journal” nəşri yazır ki, “Microsoft” korporasiyasının baş direktor seçimi ilə bağlı narahatçılığına baxmayaraq, şirkətin direktorlar şurası hələ tələsmir.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, şirkətin direktorlar şurasının üzvü Con Tompson deyib ki, gələn ilə qədər yeni baş direktorun adı naməlum qalacaq.

Stiv Balmerin rəhbər vəzifəsini tərk etməsindən sonra vəziyyətlə tanış mənbələr deyiblər ki, direktorlar şurası bu il varisin adını açıqlamağa ümid edirlər.

Direktorlar şurasının üzvü deyib ki, rəhbər vəzifə üçün 100-dən çox potensial namizəd araşdırılıb .
Hazırda “Ford Motor” şirkətinin baş direktoru Alan Mulali, həmçinin “Microsoft”un vitse-prezidenti Satya Nadella “Microsoft”un baş direktoru vəzifəsinə ən ehtimal olunan namizədlərdir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL