waplog

“IBM” şirkəti “bulud” məhsullarının istehsalına köklənir


“IBM” korporasiyası “bulud” məhsulları satın almağa davam edir. Məlum olub ki, korporasiya böyük həcmli, yüksəksürətli məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş qabaqcıl protokolun hazırlanması ilə məşğul olan “Aspera” şirkətini satın alıb.

Aydın məsələdir ki, “IBM” korporasiyası “Aspera” şirkətinin həllərini öz məhsullarına inteqrasiya etməklə korporativ istifadəçilərə terabayt həcmində biznes-məlumatlarını “bulud” xidmətlərinə köçürməyi təklif edə biləcək.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Aspera” sirkətindən bildirilib ki, onların həlli böyük faylları ənənəvi TCP protokolu ilə müqayisədə ictimai şəbəkələr üzrə xeyli sürətli ötürməyə imkan verir. “IBM” iddia edir ki, “Aspera”nın protokolunun köməyi ilə 24 QB həcmində arxivi öz  data mərkəzlərinə 1 dəqiqə ərzində ötürüb.

Protokolun özəlliyi ondan ibarətdir ki, o, faylları minlərlə hissələrə bölərək müxtəlif qovşaq və şəbəkələr vasitəsilə təyinat nöqtəsinə ötürə bilər.


Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL