waplog

“Headtechnology Azerbaijan” və “EVO Group” informasiya təhlükəsizliyi həllərinin birgə tətbiqinə başlayırlar



“Headtechnology Azerbaijan” və “EVO Group” informasiya təhlükəsizliyi həllərinin birgə tətbiqi sahəsində əməkdaşlıq haqda saziş imzalayıblar.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “EVO Group” şirkəti Azərbaycan bazarında “EVO Tech” kimi fəaliyyət göstərir və kiçik və orta biznes şirkətlərinə İT-sistemlərin dəstəklənməsi üzrə geniş çeşiddə xidmətlər, həllər və mütəxəssislər təqdim edir.

Şirkətlər birgə fəaliyyət nəticəsində yeni xidmətlərin təqdim edilməsini planlaşdırır ki, bura  informasiya təhlükəsizliyi üzrə həllərin tətbiqi də daxildir.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL