waplog

“BenQ” şirkəti “Ultra HD” formatlı televizorlar bazarına çıxır


Tayvanın "BenQ" kompüter texnikası istehsalçısı "Ultra HD" formatını dəstəkləyən maye-kristal (LCD) televizorlar bazarına çıxmağa hazırlaşır. 3840х2160 təsvir ölçülü və 120 QHs tezlikli qurğuların 2014-cü ilin ikinci yarısında satışa çıxarılması gözlənilir. Bu barədə şirkətdən məlumat verilib.   

Yeni televizorlar üçün panelləri "AU Optronics" (AUO) şirkəti tədarük edəcək. "AUO" cari ilin birinci rübündə "Ultra HD LCD" televizor ekranlarının istehsalına başlayıb və hazırda "Sony" korporasiyasını bu məhsulla (55-65 düymlü panellər tədarük edir) təchiz edir. Bu yaxınlarda isə şirkət bükük formaya malik televizor qurğularının istehsalına start verib.  

Həmçinin "BenQ" şirkətinin planlarında "Ultra HD" formatlı 55 və 65 düymlü televizorların buraxılışı yer alıb. Sonradan Tayvan şirkəti "Full HD" və "Ultra HD" formatlarını dəstəkləyən modellər daxil olmaqla geniş rəng çalarına malik televizorlar (WCG, Wide Color Gamut) bazarına çıxmağı düşünür. Bu panelləri də "AUO" tədarük edəcək. 

2013-cü ilin yekunları üzrə "BenQ" ümumilikdə 100 min maye-kristal televizor tədarük etməyə ümid edir ki, bu da bir il əvvəlki göstəricidən 20 faiz çoxdur. Bu yaxınlarda şirkət "A3" və "B3" modellərini təqdim etməklə smartfonlar bazarına qayıdıb.


Hazırda "BenQ" diqqətini monitor, televizor və proyektorların satışına yönəldib, - "DailyComm www.dailycomm.ru" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL