waplog

“Xiaomi” şirkəti 98 dollarlıq “Red Rice 2” smartfonu hazırlayır


Şəbəkədə yayılmış informasiyaya əsasən, Çinin “Xiaomi” şirkəti yaxın bir neçə gündə “Red Rice 2” smartfonunu təqdim etməyə hazırlaşır. Məlumatlara əsasən, yeni smartfon böyük 5,5 düymlük HD ekran və “MediaTek” şirkətinin səkkiznüvəli “MT6592” və ya “MT6588” prosessoru ilə təchiz ediləcək.

“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Red Rice” aparatının qiyməti 130 dollardır. Lakin “Xiomi” şirkəti yeni aparatı istehlakçılara 98 dollar məbləğinə təklif etmək istəyir.

Mənbələrə əsasən, “Xiaomi Red Rice 2” smartfonu yeni ilə kimi rəsmi elan olunacaq.

Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL