waplog

Azərbaycanın regionlarında elektron bank xidmətlərinə çıxış imkanları artırılacaq


Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təşviq olunacaq.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, gələn il innovativ ödəniş alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin artması üçün stimullaşdırma tədbirləri davam etdiriləcək. Elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdırılması işlərinə başlanacaq.

Eyni zamanda, əhalinin maliyyə savadlığının artırılması tədbirləri davam etdiriləcək, o cümlədən maliyyə məsələləri ilə bağlı geniş izah edici və məlumatlandırıcı ictimai kampaniyalar təşkil olunacaq, intellektual və elektron resurslar inkişaf etdiriləcək. Maliyyə savadlığı üzrə xüsusi kütləvi internet resursunun hazırlanmasına başlanacaq.

Həmçinin “E-hökumət” layihəsi çərçivəsində yaradılmış “Hökumət Ödəniş Portalı”na dövlət qurumlarının inteqrasiyası istiqamətində işlər davam etdiriləcək.

CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL