waplog

“Acer” şirkətinin yeni baş direktorunun adı məlum olub


"Acer" şirkətinin Direktorlar şurası gələn il yanvarın 1-dən şirkətdə baş direktor vəzifəsini tutacaq şəxsin adını açıqlayacaq. O, hazırda Tayvanın ən böyük yarımkeçirici məhsul istehsalçılarından biri "TSMC" şirkətinin marketinq və beynəlxalq satışlar üzrə baş vitse-prezidenti Ceyson Çen olacaq.

"ICTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, hazırda "Acer" şirkətində müvəqqəti baş direktor vəzifəsini icra edən şirkətin Direktorlar şurasının sədri Sten Şi yanvarın 1-dən bu vəzifəni icra etməyəcək, lakin Direktorlar şurasının sədri olaraq qalacaq. Qeyri-rəsmi məlumatlara əsasən, "Acer"in yeni baş direktoru vəzifəsinə Ceyson Çenin təyin edilməsinə məhz Sten Şi  təkid edib, çünki adı çəkilən mütəxəssis İT biznesi sahəsində böyük iş təcrübəsinə malikdir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL