waplog

“Toshiba” “4K” formatlı displeyə malik dünyanın ilk noutbukunun nümayişini keçirib


 "Toshiba" korporasiyası Las-Veqasda keçirilən "CES 2014" sərgisində "Ultra HD" (4К) təsvir ölçüsünə malik ekranla təchiz edilən dünyanın ilk "Tecra W50" və "Satellite P50t" noutbuk modellərini təqdim edib.   
"Tecra W50" modelinin iş prinsipi peşəkar istifadəçilər, dizayner və mühəndislər üçün nəzərdə tutulub. Kompüter dördnüvəli dördüncü nəsil "Intel Core i7" prosessoru və 2 giqabayt yaddaşa malik "NVIDIA Quadro K2100M" qrafik sürətləndiricisi ilə təchiz edilib. Operativ yaddaşın həcmi 8-32 giqabayt təşkil edir. Lakin 256 giqabaytlıq bərk cisimli toplayıcının və ya 1 terabayt tutumlu sərt diskin quraşdırılması mümkündür. Bundan başqa, qurğu optik ötürücü (DVD və ya Blu-Ray), "Bluetooth 4.0" adapteri, "HDMI" interfeysi və dörd "USB" çıxışı ilə təchiz edilib.

Daha çox istehlak bazarı üçün nəzərdə tutulan "Satellite P50t" modeli dördüncü nəsil ikinüvəli "Core" çipinə, 8-16 giqabaytlıq operativ yaddaşa və 750 giqabaytlıq sərt diskə, habelə  DVD-rekoderə,  "HDMI" çıxışına və "Bluetooth 4.0" kontrollerinə malikdir.  

Hər iki kompüter 15,6 düym diaqonallı ekranla təchiz edilib. Ekranın təsvir ölçüsü 3840x2160 piksel təşkil edir, bir düym üçün piksellərin sayı (ppi) 282-yə çatır.

Cari ilin ortalarında satışa çıxarılacaq noutbukların qiyməti barədə hələ ki məlumat verilmir, - "3DNews www.3dnews.ru" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL