waplog

Bakı ətrafı qəsəbələrdə yeni CDMA baza stansiyaları qurulacaq


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Ələt qəsəbəsində vətəndaşların telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə CDMA baza stansiyasının qurulmasını planlaşdırır. Bakı və ətraf qəsəbələrdə aparılan monitorinqlər zamanı daha bir neçə yerdə stansiyaların qurulmasına ehtiyac yarandığı məlum olub.

Qobustan qəsəbəsi Bakının CDMA bazasının əhatə dairəsinə qatılan qəsəbələrin siyahısına daxil edilib. Növbəti mərhələdə Ələt qəsəbəsində avadanlığın qurulması planlaşdırılır. BTRİB-dən verilən məlumata görə, hazırda Bakıda 24 baza stansiyası var. Yaxın zamanlarda  baza stansiyalarının qurulacağı yerləri təyin etmək üçün test işləri aparılacaq.

 Qeyd edək ki, avadanlıqlar “Huawei” şirkətindən alınıb və şəbəkə üzrə ümumi tutum 20 min nömrəyə çatdırılıb.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL