waplog

“Microsoft”un yeni baş direktoru kim olacaq?


“Ford”un baş direktoru Alan Mallali “Microsoft”a keçəcəyi ilə bağlı şayiələrə son qoyub.
 
“ICTnews” xəbər xidmətinin “www.cnews.ru” saytına istinadən verdiyi məlumata əsasən, Stiv Balmerin işinin davamçısı, çox güman ki, “Microsoft” vitse-prezidentlərindən biri olan Satya Nadella olacaq.
“Ford Motor”un baş direktoru, 68 yaşlı Alan Mallalinin ən azından 2014-cü ilin sonunadək “Microsoft” şirkətinə keçmək niyyəti yoxdur.

“Mən “Microsoft”un yeni lideri olacağımla bağlı söz-söhbətə son qoymaq istərdim. İş ondadır ki, mən “Ford”a rəhbərlik etməkdən başqa heç bir işlə məşğul olmağı planlaşdırmıram”, - deyə Mallali bildirib.
“Ford”la bağladığı sazişə əsasən, Mallali şirkətin baş direktoru vəzifəsində ən azı 2014-cü ilin sonunadək işləməlidir və Mallali xüsusən qeyd edib ki, bu razılaşmanı pozmaq niyyətində deyil.
“Ford”un başçısı “Microsoft”un rəhbərliyinin ona şirkətə rəhbərlik etmək təklifini etdiyi  ilə bağlı məlumatı təsdiqləməyib. Lakin o deyib ki, bu cür şayiələr “Ford”a zərər yetirir.

Alan Mallali “Microsoft” korporasiyasının rəhbəri vəzifəsinə iki ən çox ehtimal edilən namizədlərdən biri idi. İkinci namizəd kimi göstərilən – Satya Nadella, “Microsoft Cloud and Enterprise” bölməsinin icraçı vitse-prezidentidir.

Xatırladaq ki, “Microsoft”un hazırkı başçısı Stiv Balmer 2013-cü ilin avqustunda 12 ay ərzində vəzifəsini tərk etmək niyyətində olduğunu bildirib.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL