waplog

Azərbaycanın daha iki İT mütəxəssisi “Oracle” şirkətinin ən yüksək statusuna layiq görülüb


Azərbaycanda artıq “Oracle 11g OCM” statusuna malik olan 4 mütəxəssis var.

“ICTnews” xəbər xidmətinin “www.infocity.az” saytına istinadən verdiyi məlumata əsasən, son “Oracle DBA 11g OCM” statusu alan Azərbaycan İT mütəxəssisləri “Azerfon” şirkətinin əməkdaşı Vüqar Baxşiyev və “Standard Bank”ın əməkdaşı Mahir Əfəndiyevdir.  Qeyd edək ki, “Oracle Certified Master” (OCM) “Oracle” şirkətinin ən yüksək sertifikasiya pilləsidir. Bu səviyyəli mütəxəssislər “Oracle” texnologiyalarında ekspert sayılır. Bu statusa malik olan ekspertlərin əksəriyyəti “Oracle” korporasiyasının öz əməkdaşları olur.

Bu sertifikasiyaya “Oracle” şirkətinin lokal ofisinin əməkdaşı Teymur Hacıyev və “AzeriCard” prosessinq mərkəzinin İT departamentinin rəhbərinin müavini Samir Səmədov malikdir.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL