waplog

Azərbaycana 1 ildə qaçaqmalçılıq yolu ilə 2414 ədəd mobil telefon keçirilməsinə cəhd edilib


2013-cü ildə Azərbaycana qaçaqmalçılıq yolu ilə 2414 ədəd mobil telefon və 5228 ədəd telefon aksesuarlarının, həmçinin 644 ədəd televizorun keçirilməsinə cəhd edilib. Bundan başqa, hesabat ilində 675 000 ədəddən çox petarda və digər pirotexnika məhsulları, 9 ədəd elektroşok cihazı və digər mallar tutulub.
 
 
Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmini, gömrük işi sahəsində cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, təqsirkar şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin prioritet istiqamətlərini təşkil edib:
 
“Bu vəzifələrin uğurla yerinə yetirilməsi məqsədilə gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyəti və qabaqlayıcı tədbirlər gücləndirilib, texniki vasitələrdən, informasiya texnologiyalarının imkanlarından və dünya təcrübəsində özünü doğrultmuş  metodlardan istifadə genişləndirilib”.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL