waplog

Azərbaycanda Elektron Arxiv Sistemi çərçivəsində elektron xidmətlər istifadəyə verilib


“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi üçün Elektron Arxiv Sistemi” layihəsi çərçivəsində elektron xidmətlər rejimi istifadəyə verilib. Layihə “Sinam” şirkəti tərəfindən həyata keçirilib. Rejimdən istifadə üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur. Bununla yanaşı, Milli Arxiv İdarəsində elektron sənəd dövriyyəsi sistemi də istismara verilib, Elektron Arxiv Sistemindən istifadə vərdişlərinin öyrədilməsi  üzrə istifadəçilərə təlim keçirilib və sistem tam həcmdə istismara verilib.
 
 
 Sözügedən Elektron Arxiv Sistemi EMC şirkətinin “Documentum” proqram təminatı bazasında yaradılıb və bir çox imkanlara malikdir. Belə ki, arxiv fondu sənədlərinin (kağız sənədlər, kitablar, audio, video, böyük çertyojlar, xəritələr, şəkillər və s.) rəqəmləşdirilməsi işinin avtomatlaşdırılması;
İstənilən dildə mətn sənədlərinin tanınması və sistemdə kontekst üzrə axtarış imkanlarının təmin olunması; rekvizitlərə görə sənədlərin axtarışının təmin olunması və həmçinin sənədlərin əsillərinin arxivdə fiziki yerləşmə yerlərinin təyin olunması  üçün sənədlər barəsində metaverilənlərin verilənlər bazasına daxil edilməsi və yadda saxlanması; sənədlərin sorğulanması, axtarışı və baxılması üçün sadə və istifadəçiyə hesablanmış veb-interfeysin təmin olunması sistemin üstünlükləridir.
 
 
Bundan başqa, sistemdə mikrofilmlərin rəqəmsal şəklə salınması üçün  xüsusi skanerlərin təmin olunması da yer alır. Hal-hazırda “Sinam” şirkəti tərəfindən Milli Arxiv İdarəsində foto-kino arxivin rəqəmləşdirilməsi və sənəd dövriyyəsinin avtomatlaşdırılması istiqamətində işlər davam etdirilir.
 

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL