waplog

Barak Obama sosial şəbəkə vasitəsi ilə yerini hamıya bəlli edəcək


ABŞ prezidenti Barak Obama “Foursquare” geolokasiya sosial şəbəkəsində şəxsi hesab əldə edib. Bu barədə Ağ Evin rəsmi bloqundakı xəbərdə bildirilib. “Foursquare” şəbəkəsində ABŞ prezidentinin hesabında onun getdiyi yerləri qeyd etmək, həmçinin Obamanın həmin yerlərdə nə ilə məşğul olduğunu, onlar haqqında tarixi informasiya vermək və s. planlaşdırılır.
Analitiklərin fikrincə, prezident Obamanın “Foursquare” şəbəkəsinə əlavə edilməsi şəbəkənin daha da məşhurluğuna səbəb ola bilər. “Foursquare” geolokasiya xidməti vasitəsilə istifadəçilər öz mobil telefonu ilə müxtəlif şəhərlərdə müxtəlif yerlər və hadisələr haqqında rəy yaza bilər. “Foursquare” şəbəkəsi istifadəçilərin yerini avtomatik müəyyən edir və onlara ən yaxın yerlər haqqında rəyləri göstərir. “Foursquare” “Dodgeball” yaradıcıları tərəfindən yaradılıb. “Dodgeball” 2005-ci ildə “Google” şirkəti tərəfindən alınıb.


internet.cnews.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL