waplog

İşləmək üçün ən yaxşı iş yeri məlum olub


“Fortune” jurnalının versiyasına görə, “Google” şirkəti ən yaxşı iş yeri hesab edilib. Dünyanın bir nömrəli axtarış sistemi bu reytinqdə öz mövqeyini üçüncü ildir ardıcıl qoruyub saxlayır. Siyahının tərtibi zamanı nəşrin ekspertləri bir çox nüansları, həmçinin aksiyaların qiymətini, dərsdənkənar iş ödənişinin səviyyəsini, əməkdaşların sağlamlığı haqqında qayğını və bəzi başqa parametrləri nəzərə alırlar.
 
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Qualcomm” şirkəti ötən illə müqayisədə iş axtaranlar üçün marağını itirərək 32-ci yerdə qərarlaşıb. O zaman simsiz rabitə vasitələrinin hazırlanması və tədqiqatı üzrə şirkət 11-ci yerdə olub.
 
“Cisco” 42-ci yerdən 55-ə, “Autodesk” 54-dən 70-ə, “Intel” 68-dən 84-ə, “Microsoft” 75-dən 86-ya yuvarlanıb, “Adobe Systems” 83-cü olub (ötənilki  reytinqdə şirkət yer almayıb), “Hitachi Data Systems” "işləmək üçün 100 ən yaxşı şirkət" siyahısını tərk etməyə çox yaxındır.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL