waplog

Mark Zukerberq sərgidə çıxış edəcək


“CNET” yazır ki, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq “Mobile World Congress” sərgisində proqram nitqi ilə çıxış edəcək.
 
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, konqres 24-27 fevral 2014-cü il tarixlərində İspaniyanın Barselona şəhərində keçiriləcək. Zukerberq tədbirin açılışı zamanı çıxış edəcək və internetdə canlı yayımlanacaq.
 
İş adamı ilə birgə jurnalist və "Facebook effekti" kitabının müəllifi Devid Kirkpatrik də səhnəyə çıxacaq. Nəşr yazır ki, Zukerberq və Kirkpatrik internetin əlçatımlığının təmini məsələlərini müzakirə edəcəklər.
 
2013-cü ildə Zukerberq “Internet.org” layihəsinin əsasını qoyub və “Nokia”, “Qualcomm” və “Samsung” kimi şirkətləri orda iştiraka cəlb edib. Təşkilatın hədəfi ondan ibarətdir ki, inkişaf etməkdə olan ölkələrdə internet əlçatan olsun.
 
Bundan başqa, “Mobile World Congress” çərçivəsində “IBM”, “AT&T”, “WhatsApp”, “Bitcoin Foundation” və “NTT Docomo” rəhbərlərinin çıxışları planlaşdırılıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL