waplog

Riyaziyyat və Mexanika İnstitutu və Milli Aerokosmik Agentliyi arasında əməkdaşlıq protokolu imzalanıb



Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan  Müdafiə Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyinin əməkdaşları ilə görüş keçirilib.
 
AMEA-dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbirdə elmi əməkdaşlığın ölkənin müdafiə sənayesinin inkişafına töhfə verəcəyi bildirilib. Qeyd edilib ki, əməkdaşların bu sahə üzrə birgə fəaliyyətləri həm elmin, həm də müdafiə sənayesinin inkişafına təkan verəcək, eyni zamanda agentliyin əməkdaşları tədqiqat işlərini institutun elmi jurnalında çap etdirə biləcəklər.
 
Milli Aerokosmik Agentliyinin direktoru Alçın Şirinzadə Azərbaycanda ilk dəfə keçiriləcək Ümumdünya sərgisinə hazırlıq işlərindən söz açıb. Sonda tərəflər arasında əməkdaşlıq protokolu imzalanıb.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL