waplog

Bu günə qədər 40 000-ə yaxın smart kart və mobil cihazlar üçün rəqəmli imza sertifikatları verilib


Bu günə qədər ölkədə ümumilikdə 40 000-ə yaxın smart kart və mobil cihazlar üçün rəqəmli imza sertifikatları verilib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat Hesablama Mərkəzində Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif  Mailov məlumat verib.
 
Onun sözlərinə görə, dövlət qurumları arasında qarşılıqlı elektron sənəd mübadiləsinin inkişaf templərinin sürətləndirilməsi üçün 2011-ci ilin sentyabr ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanında rəqəmli imza sertifikatlarının verilməsi məqsədilə Milli Sertifikat Xidmətləri Mərkəzi (MSXM) yaradılıb: “Daha sonra - 2013-cü ilin fevral ayında mobil qurğuların (smartfon və mobil planşetlər) vasitəsilə “Elektron hökumət” portalına daxil olmaq üçün sürətli və təhlükəsiz autentifikasiya sistemi təqdim olundu. Nəhayət, 2013-cü ildə Vergilər Nazirliyinin hazırladığı layihə nəticəsində yaradılmış mobil rəqəmli imza üçün sertifikatlaşdırma mərkəzi fəaliyyətə başlayıb”.
 
 
Qeyd edək ki, MSXM-in əsas funksiyalarına şəxsi açar cütünün generasiyası; son istifadəçinin qeydiyyatı (identifikasiyası); istifadəçilərin açıq açarlarının sertifikasiyası (son istifadəçilər üçün açıq açar sertifikatlarının formalaşdırılması prosesi); sertifikatların (onlara istifadəçilərin girişini təmin etmək məqsədilə) yayımlanması; sertifikatların ləğv edilməsinin (müəyyən səbəblər yarandığı halda sertifikatların dayandırılması və ya ləğv edilməsinin) təmin edilməsi, onların qanuniliyinin yoxlanılmasının təmin edilməsi (ləğv edilmiş sertifikatların siyahısının yayımlanması); sertifikatların arxivləşdirilməsi daxildir. Mərkəzin əlavə funksiyalarına isə imza sahiblərinin açarlarının generasiyası; elektron imzadan imtinanın qeyri-mümkünlüyünün dəstəklənməsinin təmin edilməsi; sertifikat “tarixçəsi”nin idarə edilməsi; vaxt möhürləri; notariat təminatı; mübahisəli məsələlərin araşdırılması aid edilir.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL