waplog

Azərbaycan Milli Kitabxanasının “Elektron kataloq”unda “İnterfeys” yenilənir


Azərbaycan Milli Kitabxanasının (AMK) “Elektron kataloq”unda hal-hazırda “İnterfeys” və “Oxucuya yardım” üzərində düzəliş aparılır.

Kitabxanadan bildirilib ki, “Elektron kataloq”da məlumat bazasına ədəbiyyat “Kitabxanaya daxil olan yeni ədəbiyyat”; “Arxiv şöbəsində toplanmış və əks-xronoloji ardıcıllıqla seçilən ədəbiyyat”; “Kitab verilişi məntəqəsində oxucular tərəfindən qaytarılan, daha çox istifadə olunan ədəbiyyat” olmaqla, üç istiqamətdə daxil edilir. “Elektron kataloq” AMK-nın fondlarından təqdim olunan nəşrlərin bir sıra növlərinin maşınla oxunan biblioqrafik yazılarını özündə əks etdirir:
 
“Buraya Azərbaycan dilində olan nəşrlər; rus dilində olan nəşrlər; dissertasiya avtoreferatları; not – musiqi nəşrləri; kartoqrafiya nəşrləri; elektron resursları daxildir. AMK-nın “Elektron kataloq”unda yazılar “MARC 21” formatında işlənilir”.
 
 
AMK-nın “elektron kitabxana”sına gəlincə, bu baza müəllif hüquqlarını qoruyub saxlamaqla, milli ədəbiyyat nümunələrini elektron daşıyıcılarına köçürməklə yaradılır. Eyni zamanda “elektron kitabxana”ya müəllifin öz arzusu ilə onun təqdim etdiyi əsərin elektron versiyası da daxil edilə bilər.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL