waplog

GİN “İnformasiya texnologiyalarından faydalı istifadənin təbliği” layihələrini maliyyələşdirəcək


Gənclər və İdman Nazirliyi (GİN) gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı bir neçə istiqamət üzrə layihələrin qəbuluna başlayıb.
 
Bu barədə “ICTnews.az”a nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. O bildirib ki, müsabiqə GİN kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarı və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsi əsasında gerçəkləşir.
 
S.Məmmədova qeyd edib ki, müsabiqəyə dair bütün məlumatlar nazirliyin rəsmi internet səhifəsində (www.mys.gov.az) yerləşdirilib.
 
 
Müsabiqədə gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği əsas istiqamətlərdən biri kimi seçilib.
 
Eyni zamanda, gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi,  gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi, gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş və sair istiqamətlər üzrə layihələr qəbul edilir.
 
 
Mətbuat katibi onu da əlavə edib ki, layihələrin son qəbul tarixi gələn ayın 17-nə kimidir.
 
 
Seymur
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL