waplog

Azərbaycan və Avropa Alimləri İKT sahəsində əməkdaşlıq üzrə konsorsium yaradırlar


Azərbaycan və Avropa tədqiqat institutlarının İKT sahəsində birgə layihələrin həyata keçirilməsi üzrə gələcək əməkdaşlıq üçün  konsorsiumun formalaşdırılması ilə bağlı planların nəticəsi bu ilin aprel ayında elan olunacaq.
 

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Avropa şirkətləri ilə birgə konsorsium yaradılması Azərbaycan alimlərinə maliyyə tədqiqatları və “Horizon 2020” proqramı çərçivəsində yeniliklər üzrə Avropa İttifaqının tenderlərində iştirak etmək hüququ əldə etmək imkanı verir.

Azərbaycan Kibernetika İnstitutu, Dövlət Sosial Müdafiə Fondu, Milli Aerokosmik Agentliyinin Araşdırma və Təlim Mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetinin 15 layihəsi ötən ilin noyabr ayında Litvada keçirilmiş “Böyük birləşmənin hissəsi” adlı sərgidə təqdim edilib.
 

Sərgidə təqdim edilən layihələr arasında ürək-damar sisteminin vəziyyətinin mobil telefon vasitəsilə monitorinqi, intellektual monitorinq sistemi və toksik maddələrlə zəhərlənmələrin diaqnostikası ilə bağlı layihələri qeyd etmək olar.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL