waplog

“Tezliklə Azərbaycanın ikinci telekommunikasiya peykinin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq şirkətin adı məlum olacaq”


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti fevralın sonunadək ölkənin ikinci telekommunikasiya peyki üzrə konsaltinq  şirkətin adını açıqlamaq niyyətindədir.

"Azərkosmos"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, hazırda şirkətin müəyyən edilməsi ilə bağlı son tamamlama işləri aparılır.

"Tender ötən ildən etibarən keçirilir və layihə ABŞ tərəfindən maliyyələşdiyinə görə tenderdə əsasən ABŞ şirkətləri iştirak edirlər. Fevralın sonunadək qalib olacaq şirkətin adı açıqlanacaq",- deyə "Azərkosmos"dan bildiriblər.

Xatırladaq ki, "Amerika Birləşmiş Ştatları Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında "Azərspace-2" telekommunikasiya peyk layihəsi ilə əlaqədar texniki-iqtisadi əsaslandırma hazırlanmasına dair Qrant Müqaviləsi imzalanıb və  "Azərkosmos" ASC-yə yarım milyon dollardan artıq məbləğdə qrant ayırıb.

Aynur Vəliyeva
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL