waplog

“Ericsson” və “Samsung” patent mübahisələrinin bitməsi ilə bağlı razılığa gəlib


İsveçin “Ericsson” və Cənubi Koreyanın “Samsung” şirkətləri iki ildir lisenziya sazişinin müddətini uzatmağa imkan verməyən bütün patent mübahisələrinin sona yetməsi ilə bağlı razılığa gəlib. Bu barədə İsveçin “Ericsson” şirkətinin məlumatında deyilir.

Sazişdə iki şirkətin “GSM”, “UMTS” texnologiyasına, eləcə də şəbəkə və mobil qurğular üçün “LTE” rabitəsinə aid patentlərin çarpazlaşdırılmış lisenziyalaşdırılması şərtləri qeyd olunub.

Uzunmüddətli saziş çərçivəsində Cənubi Koreya istehsalçısı “Ericsson” şirkətinə ilk ödənişlər və kompensasiyalar ödəyəcək. “Ericsson”un məlumatına görə, ödənişlər nəticəsində 2014-cü ilin dördüncü rübündə mədaxilin 652 milyon dollar (4,2 milyard İsveç kronu) və xalis gəlirin 512 milyon dollar (3,3 milyard İsveç kronu) artacağı gözlənilir.  

“Saziş bizə diqqətimizi yenidən yeni texnologiyalara yönəltməyə imkan verməklə digər innovatorlarla ideyaları bölüşmək üçün stimul rolunu oynayacaq”, - “Ericsson”un əqli mülkiyyət hüququ üzrə rəhbəri Qasim Əlfəllahi bildirib, - "Digit www.digit.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL