waplog

İT şirkətlərinə xüsusi xidmət orqanlarının sorğuları üzrə statistikanı açıqlamağa icazə verilib


“France-Presse” agentliyinin yaydığı məlumata əsasən, xarici kəşfiyyata nəzarət işi üzrə ABŞ məhkəməsi böyük İT şirkətlərinə fərdi məlumatlara aid hökumət sorğuları haqqında informasiyanı elan etməyə icazə verib.
 
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, məhkəmənin qərarına əsasən, bir sıra böyük İT şirkətləri hazırda Amerika xüsusi xidmət orqanları tərəfindən verilmiş sorğuların sayı haqqında təxmini məlumat dərc edə bilər.
 
Xatırladaq ki, 17 yanvar 2014-cü il tarixində ABŞ prezidenti Barak Obama demişdi ki, şirkətlər xüsusi xidmət orqanları tərəfindən verilmiş sorğu faktlarının elan edilməsi üzrə daha böyük imkan əldə edəcəklər.
 
“Microsoft”, “Google”, “Yahoo!”, “Facebook” və “LinkedIn” şirkətləri ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) fəaliyyəti haqqında KİV-də yayılmış məlumatlardan sonra xarici kəşfiyyata nəzarət işi üzrə ABŞ məhkəməsinə müraciət ediblər. İddia ərizəsinin hədəfi xüsusi xidmət orqanları tərəfindən verilmiş sorğuların ətraflı statistikasına nəşr hüququnun alınması olub.
 
Şirkətlər 2013-cü ilin yayında ümumi statistikanın nəşrinə hüquq əldə ediblər. 2013-cü ilin iyununda MTA-nın keçmiş əməkdaşı Edvard Snoudenin jurnalistlərə verdiyi məlumat əsasında KİV-də internet istifadəçilərinin izlənməsi haqqında informasiya yayılıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL