waplog

Cənubi Koreyada robotlara həsr edilmiş park tikiləcək



Cənubi Koreyanın İnçhon şəhərində robotlara həsr edilmiş tematik park tikiləcək. Burada stilləşdirilmiş Amerika attraksionları, akvapark, içərisində üzən robot balıqlar olan okeanarium yerləşəcək. Ziyarətçilər, həmçinin hərəkət edən nəhəng heykəlləri izləyəcəklər. Yaxınlıqda, həmçinin elmi tədqiqat mərkəzi olacaq.
 
"ICTnews" elektron xəbər xidməti "http://zhelezyaka.com/" saytına istinadən bildirir ki, parkın tikintisinin 2016-cı ilədək başa çatdırılacağı gözlənilir. Layihənin dəyəri 625 milyon dollar məbləğində qiymətləndirilir. Layihə təşəbbüskarlarının sözlərinə görə, bu, robotlara həsr edilmiş dünyanın birinci parkı olacaq. Onun sahəsi 1,3 milyon kvadratmetr təşkil edəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL