waplog

“AzDataCom”un yenilənən saytında istifadəçilər internetin sürətini də ölçə bilərlər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə 2004-cü ildən etibarən həyata keçirilən “Milli E-İdarəcilik Təşəbbüsü” layihəsinin əsas komponentlərindən biri də “AzDataCom” şəbəkəsidir.  Həmin layihə çərçivəsində “AzDataCom” şəbəkəsi  4 mərhələdə həyata keçirilib.

Birinci və ikinci mərhələdə Bakı-Sumqayıt və Abşeron, sonradan isə Azərbaycanın əksər  regionları bu şəbəkəyə qoşulublar. 
 
“AzDataCom” şəbəkəsi milli telekommunikasiya operatoru olaraq bütün regionları əhatə etməsi, səmərəliliyi, təhlükəsizliyi, yüksək sürətliliyi internet, VoIP, IPTV, Audio/Video konfransların təşkili kimi xidmətləri ilə ölkədə fərqlənir.
 
 
“ AzDataCom” şəbəkəsi rəsmi saytı olan www.azdatacom.az tam olaraq yenilənib. Sayta bir neçə bölmələr əlavə edilib. Ziyarətçilər sayta daxil olaraq, “AzDataCom”, müştərilər və eləcə də ən son yeniliklər haqqında məlumat əldə edə bilərlər. Saytda həmçinin yeni bir bölmə də əlavə edilib. Bu “onlayn xidmətlər” menyusudur. “Onlayn xidmətlər” menyusuna daxil olan istifadəçilər bir çox onlayn xidmətlər həyata keçirməklə yanaşı, həmçinin internetin sürətini də ölçə bilərlər. Saytın ana səhifəsində sürətinə müvafiq olaraq internetə qoşulma ilə bağlı qiymətlərlə tanış ola bilərlər.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL