waplog

Azərbaycanda rəqəmli yayımla bağlı milli standart qeydiyyata alınıb



Standartlaşdırma üzrə informasiya-kommunikasiya texnologiyaları Texniki Komitəsi (TK 05) rəqəmli yayıma dair milli standart hazırlayıb.

Bu, AZS ETSI EN 302 755 V1.3.1-2013 “Rəqəmli videoyayım (DVB); ikinci nəsil yerüstü rəqəmli televiziya yayımı sistemi (DVB-T2) kadr strukturu, kanalın kodlaşması və modulyasiyası” milli standartıdır.

Sözügedən standart Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 24.01.2014-cü il tarixli 008 saylı əmri ilə təsdiq edilib və dövlət qeydiyyatına alınıb.

Bu standartın tətbiqi rəqəmli TV yayımının keyfiyyət göstəricilərinin və ötürülmə sürətinin yüksəlməsi ilə televiziya yayımında son texnologiyaların tətbiqinə (HD TV, 3D TV və s.) geniş imkanlar yaradır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL