waplog

Ucuz smartfon qiymətinə masaüstü kompüter


“Asus” şirkəti “Chrombox” adlı yığcam mini-kompüterini təqdim edib. Qurğu “Intel Haswell” prosessoru və “Chrome OS” “bulud” əməliyyat sistemi ilə təchiz edilib. Aparat məktəb, mehmanxana, mağazalarda istifadəyə hesablanıb.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, aparatın ölçüləri “Apple TV” və “Roku” ilə müqayisə edilə bilər.

“Chromebox” mini-kompüteri “Haswell” arxitekturasına əsaslanan 1,4 QHs takt tezliyində iki nüvəyə malik “Celeron 2955U” prosessoru, 2 QB əməli yaddaş, 16 QB həcmində SSD daşıyıcı,  ikidiapazonlu “Wi-Fi” (802.11n), “Bluetooth 4.0”, SD kartlar üçün slot, “Intel” qrafikası və “Kensington” qıfılı ilə təchiz edilib.
ABŞ-da aparatın qiyməti 179 dollar təşkil edir. Mart ayında çıxarılacaq. “Chromebox” monitorsuz, klaviaturasız və “maus”suz satılacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL