waplog

Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı alqoritmlər işləniləcək



Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu bu il elmi tədqiqat işləri çərçivəsində korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, metod və alqoritmlərin işlənməsini nəzərdə tutur. 
 

İnstitutdan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, AMEA-nın institut və təşkilatlarına məxsus fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması, AMEA-nın Rəyasət Heyətinin lokal kompüter şəbəkəsinə texniki və proqram təminatı xidmətlərinin yerinə yetirilməsi, həmçinin akademiyanın institut və təşkilatlarının infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi ilə bağlı işlər görüləcək. 
 

AMEA RH Mərkəzi Aparatı və əsas binada konfrans və iclasların müşayiət olunması, İnternet üzərindən yayımın təmin olunması və s. işlərin görülməsi bu il də fəaliyyət planına daxil edilib. 


Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL